Magazin1
Oksana: “Elşadla bir araya gəlməyi düşünmürəm”
Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosedən danışıb.
Publika.az bildirir ki, "Xəzər Maqazin"ə
açqılama verən rəqqasə Elşadla, hələ ki, yenidən bir araya gəlmək
fikrində olmadığını deyib. O, Xosenin "Oksana bilir ki, mən film
xətrinə də olsa, başqa qadınla öpüşmərəm. O da həmçinin" sözlərinə
belə cavab verib:
"Həyatımda bir kişini sevmişəm. O mənim, mən də onun xasiyyətini
çox gözəl bilirəm. Baxmayaraq ki, 5 ildir boşanmışıq,
bir-birimizdən ayrıyıq. Amma o, çox gözəl bilir ki, mən ayrı bir
adamla öpüşmərəm. Biz doğma insanlarıq ayrı-ayrı yerlərdə yaşasaq
da, doğmayıq. Çünki sevgimiz möhkəm sevgi olub. Mən onu hələlik
özümdə təsəvvür eləyə bilmirəm ki, biz yenidən bir yerdə olub,
birlikdə yaşayarıq. Ayrılmağımızdan çox vaxt keçib, 5 il az vaxt
deyil. Bir yerdə deyilik, hələ ki belə bir fikrimiz də yoxdur".
Oksana Elşadın "İlk filmini çəkəndə məsləhətimə qulaq asmadı,
istədim, başı daşa dəysin" sözlərinə isə belə münasibət
bildirib:
"Mən o filmi çəkəndə heç kəslə - nə Elşadla, nə də ailəmlə
məsləhətləşmişdim. Fikriləşdim ki, qorxu janrında filmdir, yenilik
olar. Əslində, yenilik də oldu. Çox gözəl, sanballı filmdir".
Qeyd edək ki, Elşad Xose keçmiş xanımının "Şər qarışanda" filmini
uğursuz adlandırmışdı.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO