Magazin1
Kamran Həsənli ölkədən çıxmağına qadağa qoyulmasından danışdı: "İşi polis araşdırır"
Teleaparıcı Kamran Həsənli ilə müğənni Samir Piriyev arasında 1 il 7 aydır davam edən "soyuq müharibə" yenidən gündəmə gətirilib.
Samir Piriyevin vəkili Ceyhun Yusifov mediaya açıqlamasında K.Həsənlinin ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.
Məsələ ilə bağlı K.Həsənli ilə əlaqə saxladıq.
Teleaparıcı Publika.az-a bildirdi ki, bu məsələ 2 ilə yaxındır təkrar-təkrar gündəmə gətirilir:
"Bu məsələ birinci gündən Nərimanov rayon Polis İdarəsinə gedib və hələ də heç bir iddia əsaslandırılmayıb. Bütün sənədlər də təqdim olunub. Ölkədən çıxmaqla və “havadarlarla” bağlı məsələlərin hər biri təxminən 2 ay əvvəl keçirilən mətbuat konfransında danışılıb. İddialarla bağlı polisə şikayət ediblər, amma yekun cavab hələ də yoxdur. Yəni bu məsələni polis yekunlaşdırmalıdır. Mən nə deyə bilərəm? Çox danışmağa ehtiyac görmürəm. Onların istədiyi də elə budur ki, təkrar-təkrar eyni şeylərlə gündəmə gəlmək. Prosesdə yeni irəliləyişlər olarsa təbii ki, mən də açıqlama verəcəm, mətbuat konfransı da keçirəcəm. Hazırda bu iddialarda heç bir yenilik yoxdur və bu sadəcə gündəmə gəlmək üçündür”.
Xatırladaq ki, Samir Piriyev teleaparıcı Kamran Həsənlini dələduzluqda ittiham edir. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat verib. İş alınmayıb, teleparıcı isə pulu qaytarmayıb.
Könül Cəfərli
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı