Magazin1
“Gedirəm, üzümdə həsrət naxışı…” – İlhamə Quliyevanın doğum günüdür
Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum
günüdür.
Publika.az xəbər verir ki, müğənni 1943-cü ildə Bakı
şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət
Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət
Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci
illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-cı ildən
Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti
olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya,
Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.
Müğənni Tükəzban İsmayılovanın qızıdır. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.
1998-ci ildə mərhum prezidentimiz Heydər Əliyev İlhamə Quliyevaya xalq artisti adını verib. Müğənni həm də Dağıstanın (2008-ci ildə) xalq artisti olub.
O, Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Müğənninin “Kaman”, “Gedirəm”, “Unut məni”, “Qaragilə”, “Neylərsən mənə” və başqa Azərbaycan Estrada tarixində iz qoymuş mahnıları var.
Qeyd edək ki, İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib.
Pərviz Hüseyn
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR