Magazin1
Azərbaycanlı məşhurlar ermənilərin olduğu kafedə “Şuşanın dağları” oynadılar - VİDEO
Tanınmış teleaparıcılar Afaq Gəncəli, Zemfira Adıgözəlova və Nərgiz Mamedova Gürcüstana istirahətə yollanıb.
Publika.az xəbər verir ki, məşhurlar axşam yeməyi üçün restoranların birinə getməli olublar. Orada yan masalarda ermənilərlə qarşılaşan aparıcılar "Şuşanın dağları", “Qarabağ” və “Qaraxal yar” mahnısını sifariş edərək, rəqs ediblər.
Bu barədə saytımıza açıqlama verən Afaq Gəncəli baş verən hadisəni belə izah edib:
“Biz restorana sadəcə yemək üçün getmişdik. Orada ermənilər çox idi və arxa-arxaya öz mahnılarını sifariş verib, rəqs edirdilər. Halbuki, onların çoxu bizim mahnılarımız idi, vaxtilə oğurlayıb, öz adlarına çıxmışdılar. Bizim onların həmin restoranda çox olmasından xəbərimiz yox idi. Biz də bunun müqabilində belə bir hərəkət etdik. Müğənnidən xahiş etdik ki, bizi Qarabağ qızları kimi təqdim etsinlər. Qarabağın, Azərbaycanın adını çəkdik. Orada gürcülər, ruslar, ukraynalılar var idi. Biz bacardığımız yolla göstərdik ki, musiqi bizimdir, rəqslər bizimdir. Bunu niyə ora-bura yozurlar mən bilmirəm. Onlar bizdən 10 dəfə çox idi. Orada hər şey ola bilərdi. Aqressiya, nifrət dolu baxışlar var idi. Biz ancaq üç xanım bütün bunları bilib, o addımı atdıq. Xahiş etdik ki, ifa olunsun. Hər kəs eşitsin ki, Qarabağ bizimdir. Həm də, bu hadisə “Qarabağ” komandasının qalib olduğu gün idi. Biz həm də qələbəni qeyd etdik. Sadəcə, bəzi insanlar bunu niyə aqressiya ilə qarşılayır başa düşmürəm. Eybi yox, hər kəsin öz fikri var. Hər kəsə hörmətlə yanaşırıq”.
Pərviz Hüseyn
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı