"Ay kişinin oğlu, şou-biznesi də idarə edən var..." - Nisə Qasımova ilə MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

"Ay kişinin oğlu, şou-biznesi də idarə edən var..." - Nisə Qasımova ilə MÜSAHİBƏ

“Şou-biznesi idarə etmək istəyənlər. Ay kişinin oğlu, şou-biznesi də idarə edən var, incəsənət və mədəniyyət sferasını da idarə edən var”.

Bu sözləri yenicə “Mədəniyyət dalğası” İctimai Birliyinin sədri seçilən, Xalq artisti Nisə Qasımova Publika.az-a müsahibəsində deyib.

Şou-biznes nümayəndələrinin hegemonluq etmək istəyindən qıcıqlanan sənətçi yeni işləri və onunarahat edən məsələlərdən danışdı.

- Neçə vaxtdır yaradıcılığınzda susqunluğunuzu qoruyursunuz...

- Yaxın günlərdə “Yalan dünya” adlı mahnımı rok janrında təqdim etməyi planlaşdırıram. Mən də tamaşaçılarımla görüşmək üçün darıxıram. Bilirsiniz kliplərimin sayı azdır. Bunun həm obyektiv və qeyri-obyektiv səbəbləri var. Ancaq bu mahnıma klip çəkdirmək istəyirəm. Ancaq bu dəfə rejissorluğu özüm edəcəyəm.

- 46 ildir bu sahədəsiniz, xeyli təcrübəniz var. Bütün bu illər ərzində nələr dəyişdi?

- 46 illik sənət fəaliyyətimdə çox təcrübə yığdım. Sovet dövründən bu günədək çox şey dəyişdi, hətta insanlar da... Sosial mediada bəzən izləyirəm. Bəzən isə izləmək istəmirəm. Xoşuma gəlməyən kliplər var. Şou-biznesin halı məni narahat edir. Mənəviyyatıma şüurlu surətdə zərər gətirən şou-biznes nümayəndələrimiz ürəyimi ağrıdır.

- Ürəyinizi ağrıdan kimlərdir?

- Şou-biznesi idarə etmək istəyənlər. Ay kişinin oğlu, şou-biznesi də idarə edən var, incəsənət və mədəniyyət sferasını da idarə edən var. Bu nə deməkdir? Bu nə hegemon düşüncədir? Biz bunu hara yazaq?! Kimisə barmaqla hədələməklə birinci olmaq olarmı? Yox! Sən kimsən xalqın adından danışasan? Sən mədəniyyət nazirisən? Neçə illərdir sənətdə yoxsansa, arxanca deyirlər qatarı getdi? Sən nə danışırsan? Hardan bilirsən ki, qatarım haradadı? Etdiklərinə görə onlara tərbiyəsiz deyirəm. Gündəmə çığırıb-bağırmaqla gəlməzlər. Onlara imkan vermək lazım deyil. Ona görə xahiş edirəm, bu haqda heç bir şey danışmayaq. Hər kəs birincidir. Hər kəsə birincilik nəsib olsun. Mən də onların arxasınca yavaş-yavaş gəlirəm.

- Şou-biznesdə kimlər fərqlənir?

- Şou-biznesimizdə bir bəy, bir xanım görmürəm. Onların hamısı özünə görə, xalqımıza görə birdənədir. Onları gözəl bir çələngə bənzədirəm. Mən qızılgülü xrizantemadan necə ayırım? Hər gülün ayrı-ayrı sevənləri var.

- Sizi uzun illərdir solo konsert proqramlarında görümürük...

- Mən ötən il də, iki il öncə də konsert proqramı ilə çıxış etmək istəyirdim. Hər bir müğənni öz bacarığının müqabilində işlər görür. Gördüyüm işi sonrakı mahiyyəti və müsbət təsiri olacaqsa, o solo konserti edim. Nəinki klip xatirinə klip çəkim, mahnı xatirinə mahnı oxuyum, şou-biznesimizdə birinci, on beşinci, iyirmi beşinci olum. O niyyətlə yaşamamışam və o niyyətlə də heç bir şey etmək istəmirəm. Allah nəsib edərsə, nüfuzuma, mənəvi kimliyimə, aldığım tərbiyədən qaynaqlanan fikirlərimə uyğun gələn münasib bir konsert olarsa, inşallah nədən olmasın? Məşədi İbad demiş: “Əlhəmdülillah” (gülür).

- Nədən peşmansız?

- Kaş müğənni olmazdım...

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm