Görənlər 20 yaşı olduğuna İNANMIR - Azərbaycanı dünyada TƏMSİL EDƏCƏK - – FOTO
Bizi izləyin

Magazin1

Görənlər 20 yaşı olduğuna İNANMIR - Azərbaycanı dünyada TƏMSİL EDƏCƏK - – FOTO

Azərbaycanın “Best Model of The World 2017” təmsilçisi bəlli olub.

Publika.az xəbər verir ki, model Elxan Hüseyn ölkəmizi Parisdə keçirilən “Best Model of The World 2017” yarışmasında təmsil edəcək. Yarışma 8-12 dekabr tarixləri arasında Fransanın paytaxtı Paris şəhərində baş tutacaq.

Bu haqda saytımıza layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat verib: "Təmsilçilərimizi təbrik edirəm, çünki “Best Model of Azerbaijan 2017” titulu artıq onlara aiddir. Biz dekabr ayının 8-də Parisdə, Azərbaycan komandası ilə birlikdə iştirak edəcəyik. “Best Model of The World 2017”yə qatılan modellərimiz hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşır. Hətta, təmsilçilərimizin portfoliları ilə tanış olan müsabiqənin prezidenti Erkan Özerman da onları yüksək şəkildə qiymətləndirib. Təmsilçimizin boyu 193 sm, yaşı isə 20-dir. Yaxın günlərdə ölkəmizi təmsil edən xanım modeli də sizə təqdim edəcəm”.

Qeyd edək ki, Elxan Hüseyn 9 iyul 1997-ci ildə Masallı rayonunda anadan olub. Ali təhsillidir. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakultəsində 4-cü kurs tələbəsidir. 2014 və 2016 tarixləri arasında keçirilən Azərbaycanın bütün moda həftələrində çıxış edib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm