Magazin1
Azərbaycanlı müğənninin ÇAYINA ZƏHƏR QATDILAR - DƏHŞƏTLİ ETİRAF
“Neçə müğənni, musiqiçi, bəstəkar, prodüser, nə bilim, daha kimlər mənə qurğu qurdunuz. Pul verib, məni Moskvaya da deport etdirdiniz. Cadular, murdarlıqlar, çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə işimdə, yerimdəyəm”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev instaqram hesabında ona paxıllıq edənlərə ünvanlayıb. Dəhşətli etiraflar edən ifaçı həmkarlarının onun çayına zəhər qatdığını bildirib:
“Sözüm arxamca danışan ikiüzlü, riyakarlaradır: Sözü üzümə deməyə kişiliyiniz, cürətiniz çatmır, məndən qorxub, çəkinirsiniz. Bəs Allahdan qorxmursunuz? Çünki bilirsiniz ki, Eltona şər yaxa bilməzsiniz. Hamınızın cavabını hər şeyə qadir rəbbim verəcək. Çox qəribədir insan iftira atdığı adamdan qorxur, amma Allahdan qorxmur. Kim arxamca danışıb, məni görəndə üzümə gülürsə, elə bu hərəkəti ilə necə alçaq, ikiüzlü olduğunu göstərir. Hər zaman rahat yaşamışam, bundan sonra da elə yaşayacam. Çünki mən insanlardan yox, Allahdan qorxuram. Toylarda mənə verilən pulun əvəzini işimlə qaytarıram və bununla da mənə iftira atanların cavabını verirəm, verəcəm. Çünki mən kiminsə oxumağına lağ etmirəm, gülmürəm. Mən ulduz, sənətkar deyiləm. Hər zaman təvazökar olmuşam, olacam da. Məni öz həyatım maraqlandırır. Neçə vaxtdır ki, verilişlərə də getmirəm. Bəziləri kimi kanalların qapısında yatmıram, kimlərəsə yaltaqlıq etmirəm və kiminsə pulunu yeyib-içib, geyinmirəm. Allahın verdiyi ilə dolanıram və neçə ildir ki, sizin kimi murdarlarla mübarizə aparıram. Məni şər-böhtanla yıxmaq istəyirsiniz, amma alınmır, alınmayacaq da. Məni 100 dənə kişi cildində arvadağız alçaqlar sevməsə də olar. Əsl kişilər məni yaxından tanıyan qardaşlarım bilir ki, kiməm. Alnım açıq, üzüm ağdır, heç kimin yanında gözü kölgəli deyiləm. Neçə müğənni, musiqiçi, bəstəkar, prodüser, nə bilim, daha kimlər mənə qurğu qurdunuz. Pul verib, məni Moskvaya da deport etdirdiz. Cadular, murdarlıqlar, çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə işimdə, yerimdəyəm. Allah bilir mənim ürəyimi. Eltonun gözəl oxumağına, hörmətinə görə düşmən oldunuz. Amma sizdə alınmadı, bədbəxtlər”.
Pərviz Hüseyn
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır