Məşhurlar Sevil və Sevincə banan yedirtmək istəyən aparıcı Zauru YIXIB-SÜRÜDÜ: "Sənə..." - - VİDEO
Bizi izləyin

Magazin1

Məşhurlar Sevil və Sevincə banan yedirtmək istəyən aparıcı Zauru YIXIB-SÜRÜDÜ: "Sənə..." - - VİDEO

"Xəzər" telekanalında yayımlanan Zaur Kamalın "5/5" proqramında müğənnilər Sevil və Sevinc bacılarına banan yedizdirmək istəməsi etirazla qarşılanıb. Bacılar isə bunun efirə yaraşmadığını desə də, aparıcı fikrindən dönməyib.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə qıcıq yaradan bu görüntüyə ilk olaraq müğənni Elnarə Xəlilova münasibət bildirib. O, verilişi boykot etməyə çağırıb. İfaçı bu haqda fikrini instaqramda yazıb: “Abırınız tökülsün! Bəsdirin də camaatın əsəbi ilə oynadınız, bu millətin tərbiyəsini pozdunuz. Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil? Sənət adamlarından xahiş edirəm belə verilişləri boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən...”

Müğənni Günel Ələkbərova da həmkarı E. Xəlilovanın fikrini dəstəkləyib və Zaur Kamalı dırnaqarası aparıcı adlandırıb: “Yersiz zarafatlar edən bu Zaura biri dur desin. Verilişə gələn qonaqla istədiyi kimi davranır. Şit, yersiz zarafatlar edir, dəxlisiz atmacalar atır. Sən heç özünü apara bilmirsən, ay Zaur Kamal, o ki, qaldı veriliş aparasan. Sən özünü kim hesab edirsən, sənə bu haqqı kim verib?”

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm