Elvin Mirzazadə Əli Mirəliyevi BİABIR ETDİ: “Hər saqqalı ağarana..." - VİDEO
Bizi izləyin

Magazin1

Elvin Mirzazadə Əli Mirəliyevi BİABIR ETDİ: “Hər saqqalı ağarana..." - VİDEO

"İndi “senzura batalyonundan” olanlar başlayacaqlar ki, bəs ağsaqqalı lağa qoymusan. Qınayanlara və özünü etiket qaydalarının yazarı kimi aparanlara demək istəyirəm ki, sizin kənddə bilmirəm, bizim kənddə hər saqqalı ağarana ağsaqqal demirlər..."

Publika.az xəbər verir ki, bu sözləri "Düşün məni" mahnısı ilə yutub kanalında izlənmə rekordu qıran müğənni Elvin Mirzazədə Əli Mirəliyev haqqında deyib. Müğənni ARB TV-də aparcısı Elgiz Əkbər olan “Səhər-Səhər” verlişində Əli Mirəliyev arasında yaşanan gərginliyə sosial şəbəkədə münasibət bildirib:

"İki variant var, ya bu cür hörmətsizliklərə gərək sərt reaksiya verim, ya da gülüm keçim. İki dəfə əsəbiləşib içimdə boğmuşam, bu dəfə isə hər şeyi zarafatla bağlamaq qərarına gəldim...
Bundan belə mənə və uğuruma lağlağı, bayağı yanaşanlara mən də eyni davranışlarla cavab verərəcəm...

Bir daha deyirəm, mən həyatda məsləhəti o şəxsdən alaram ki, o insan özü mənə məsləhət verdiyi sahədə böyük uğurlar qazanmış olsun. Tənqid edib, təklif edə bilməyənlər mənə nağıl danışmasın. Sənətimi sevən hər kəsin qarşısında baş əyirəm. Sevgilər..."

Xatırladaq ki, müğənni bir neçə gün əvvəl Əli Mirəliyevlə selfi çəkdirib feysbukda paylaşaraq bu sözləri yazıb:

"Sənətdə mənə hamıdan çox dəstək olan, bütün gün məni tərifləyən, oxumağın sirlərini öyrədən, qaçaq Nəbinin Bakıdakı rəsmi dilleri, böyükdən kiçiyə hamının sevimlisi Əli Mirəliyevlə birlikdə".

Məlumat üçün bildirən ki, Elvin Mirzazadənin "Düşün məni" mahnısı yutubda 10 milyona yaxın izlənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm