Aygün Kazımova ŞİDDƏTƏ MƏRUZ QALDI: “Kişinin evdə...” - ÖZƏL
Bizi izləyin

Magazin1

Aygün Kazımova ŞİDDƏTƏ MƏRUZ QALDI: “Kişinin evdə...” - ÖZƏL

“Qadınlara qarşı şiddət xəbərlərini oxuyanda özümün hansısa anlarım yadıma düşür və çox pis oluram”.

Bu sözləri Publika.az-a özəl açıqlamasında Xalq artisti Aygün Kazımova deyib:

“Elə bir qadın yoxdur ki, şiddətə məruz qalmasın. Əvvəllər, yəni yüz il bundan əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq. Təəssüf ki, şiddət bu gün də aktual məsələlər sırasındadır. Mən də vaxtı ilə ailə daxilində şiddət görmüş, zorakılığa məruz qalmış qadınlardanam. Şiddətin aradan qaldırılması üçün cəmiyyətin diqqətini bu məsələyə yönəltmək vacibdir. Ailə daxilində qadına edilən şiddət sadəcə, kişinin evdə nüfuz əldə etmək istəyindən irəli gəlir. Bir çox hallarda qadının karyera qurmasına mena olurlar. Şiddət deyildikdə yalnız döymək nəzərdə tutulmur. Alçaltmaq, təhdid etmək, iqtisadi azadlığını məhdudlaşdırmaq da şiddət hesab edilir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm