Oksana Fuad Poladov haqqında yazdı: “İnsan kimi insan, adam kimi adam..."
Bizi izləyin

Magazin1

Oksana Fuad Poladov haqqında yazdı: “İnsan kimi insan, adam kimi adam..."

"Mələyin öpüşü" filmi son işi oldu. Sözsüz ki, o, bizə çox şeyi öyrətdi. Ən sevdiyim aktyor idi, mən hələ belə sənətkar görməmişdim. İnsan kimi insan, adam kimi adam, aktyor kimi aktyor, ata kimi ata...".

Publika.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova mayın 5-də vəfat edən mərhum aktyor Fuad Poladov haqqında deyib. O, adıçəkilən film və Xalq artisti ilə bağlı xatirələrini bölüşüb: "Çəkiliş zamanı yaranan texniki problemə görə növbəti səhnə üçün 5-6 saat gözləməli olduq. Fuad müəllimə görə çox narahat idim. Yanına gəldim və dedim ki “Fuad müəllim, üzürlü sayın, belə oldu...”

Onun sözləri heç vaxt yadımdan çıxmayacaq, cavabında bunları söylədi: “Bir çoxları məni sənətdə kaprizli insan kimi tanıyır, amma onlar anlamırlar ki, aktyor gözləməkdən yorulur və yorğunçuluqdan səhnəsini tamaşaçıya kifayət qədər çatdıra bilmir. Nəticədə, özünə kənardan baxanda işi xoşuna gəlmir. Ona görə mən gözləməyi xoşlamıram..."

Bu sözlərdən sonra güldü və əlavə etdi ki, “Mən özümdən çox sənətimi istəyirəm, narahat olma, Oksana, hər şey yaxşıdır”. Nə onunla işlədiyim günlər, nə bu filmin yaranması, nə də Fuda bəyin xatirələri ürəyimizdən silinə bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm