Səmra Rəhimlidən EROTİK KLİP: bütün bədənini göstərdi - VİDEO
Bizi izləyin

Magazin1

Səmra Rəhimlidən EROTİK KLİP: bütün bədənini göstərdi - VİDEO

Müğənni Səmra Rəhimli "Пиджак" (Pencək) klipini təqdim edib.

Publika.az xəbər verir ki, cəlbedici geyimləri ilə daim diqqət mərkəzində olan sənətçi bu dəfə də ənənəsinə sadiq qalaraq erotik kadrları ilə gündəm yaradıb.

Müğənni bildirib ki, musiqisi Sudakov Vladislav Borisə aid olan mahnı ona hədiyyə edilib:

“Mən bir dəfə çox qeyri-adi hədiyyə aldım. Bu, "Пиджак" mahnısıdır. Bax, bu gün o, yeni həyatını yaşamağa başladı. Yeni işimi sizinlə bölüşdüyüm üçün çox xoşbəxtəm”.

S.Rəhimli əhəmiyyətli layihəni reallaşdırmaqda ona kömək olan insanlara, o cümlədən Emin Ağalaraova təşəkkür edib. Geyimlərinə görə tez-tez tənqid edilən müğənni daha sonra cəmiyyətin fikri ilə hesablaşmadığını və həyatını başqalarının istəklərinə uyğun yaşamadığını vurğulayıb:

“Azad və ya başqaları tərəfindən düşünülmüş sərhədlər çərçivəsində və onların maraqlarına uyğun şəkildə yaşamağa biz özümüz qərar veririk. Mənim həyatım mənə məxsusdur, bəs sizin?"

Qeyd edək ki, təşkilatçıları Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun olduğu “Jara-2018” Beynəlxalq Musiqi Festivalında Səmra Rəhimli də iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm