Şəbnəmin qayınanası və qayınatası da səhnəyə çıxdı - VİDEO
Bizi izləyin

Magazin1

Şəbnəmin qayınanası və qayınatası da səhnəyə çıxdı - VİDEO

Müğənni Şəbnəm Tovuzlu "Yaşıl Teatr"da "Xəstəyəm" adlı solo konsertlə çıxış edib.

Teleqraf.com-un məlumatına görə, səhnəyə motosikletlə çıxan ifaçı sevilən mahnılarını oxuyub. Gecənin ən yadda qalan məqamlarından biri Şəbnəmin

qayınatasınının və qayınanasınının səhnəyə çıxması olub. Müğənni qayınanasının əllərini öpüb, dəstək üçün ona təşəkkür edib: "Etiraf edim ki, qayınanam ilk əvvəllər məni qəbul etmirdi. Amma daha sonralar tanıyandan sonra məni sevdi. Mən anamı 1 yaşımda itirmişəm. Amma qayınanam deyir ki, mən sənə hər zaman anayam, dəstəyəm. Kim nə yazır, pozur fikir vermə".

Qeyd edək ki, konsertdə Ş.Tovuzlu ilə yanaşı səhnəyə əməkdar artist Könül Kərimova, müğənnilər Tacir Şahmalıoğlu, Vasif Əzimov çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm