Əməkdar artist: “Tunar məni söydürür” - VİDEO
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Tunar məni söydürür” - VİDEO

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Tunar Rəhmanoğlu olub.

Publika.az xəbər verir ki, müğənni, Əməkdar artist Nüşabə Ələsgərli ilə aralarındakı yaşanan qalmaqaldan danışıb:

“Mən də bilmədim bu məsələ haradan, necə çıxdı. Nüşabə xanımın illər öncə keçirdiyi məclisdə olan bir hadisə idi. Mənimlə bağlı deyil. Bunu kimsə piar məqsədi və ya onun sənətinə pislik gətirsin deyə etmişdi. Mən Nüşabə xanıma da and içdim ki, həmin videonu biz yaymamışıq. Aramızda heç nə ola bilməz. Məclislərdə də görüşürük. Mən nəyə görə elə bir şey edim ki? Mən bir mahnı oxuyuram reklam oluram”.

Əməkdar artist isə məsələyə bu cür aydınlıq gətirib:

“O video yayılanda da düşündüm ki, yəqin bunu Tunar edib. Bəlkə də reklam, piar üçün, gündəmə gəlmək üçün. Həyatdı da... Amma sosial şəbəkələrdə “Qısqanclıqdır, Nüşabə xanımdır da...” yazmağı çox incitdi. Lazım olsa mən Tunarın özünə xəbər göndərərdim ki, oxuma, düş aşağı. Tunar niyə o videonu sosial şəbəkədə özü də paylaşdı və altda da şərhləri açıq qoyub, orada məni söydürür. Orada mənə nalayiq sözlər deyirdilər. Toyuna gələ bilməmə səbəbim isə həmin gün bütov toy oxumağım idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm