Kənan M.M bütün Türkiyəni GÖZ YAŞLARINA BOĞDU - VİDEO
Bizi izləyin

Magazin1

Kənan M.M bütün Türkiyəni GÖZ YAŞLARINA BOĞDU - VİDEO

Xəbər verdiyimiz kimi, rejissor və tanınmış aktyor Kənan Mahmudov Türkiyənin ən reytinqli seriallarından olan “Savaşçı”da rol alıb.

Pubika.az xəbər verir ki, aktyor Fox tv-də yayımlanan serialın dünənki bölümündə yaratdığı obrazla Türkiyəni göz yaşlarına boğub. Layihədə Xocalı soyqırımından bəhs edilib. Ekran işində komandir Bəxtiyar obrazını canlandıran aktyor Kənan Mahmudov göz yaşı içində yüzbaşı Haydara soyqırımdan danışıb. Azərbaycanlı aktyorun Xocalı soyqırımında baş verənləri danışması səhnəsi və onun danışdığı hadisələrin real hadisələr olması Türkiyədə çoxlarını mütəəssir edib. Aktyor rolu ilə bağlı bunları deyib:

“Ssenaristlərimizdən çox rica etdim ki, Xocalıda baş verən soyqırımı daxil edək, sağ olsunlar mənə “ok” dedilər. Mübarizin adı ümumiyyətlə yox idi. O, mənim vicdanımın səsi oldu, qəhrəmanımızın adını çəkilişdə səsləndirdim. Türk dilində oynamağımın səbəbi dərdimizi türkdilli qardaşlara çatdırmaq idi... Bu, mənim azərbaycanlı sənətçi olaraq borcum idi... Mən aid olduğum yerdə deyiləm, mən layiq olduğum yerdəyəm. Mən tarix yazmadım, tarix mənə sahib çıxdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm