Xalq artistinin qızı Bülent Ersoyu səsi ilə OVSUNLADI - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artistinin qızı Bülent Ersoyu səsi ilə OVSUNLADI - VİDEO

Bülent Ersoy xanəndə Fərqanə Qasımovanın səsinə valeh olub.

Publika.az xəbər verir ki, Xalq artisti Alim Qasımovun qızı və tanınmış xanəndə Türkiyənin Günay Restoranında çıxış edib. Xanəndə Bülent Ersoyun xahişi ilə müğənninin dünənki konsertində mahnı ifa edib.

Tamaşaçılar əməkdar artistinin ifasını alqışlarla qarşılayıb. Bu ifadan valeh olduğunu dilə gətirən Bülent Ersoy Qasımovaya səhnəyə çıxdığı üçün təşəkkürünü bildirib.

Kadrları muğam ifaçısı instaqram səhifəsində paylaşaraq “Gözəl xatirələrdən biri. Türkiyənin böyük sənətkarı Bülent Ersoyla eyni səhnədə olmaq qürurvericidir” sözlərini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm