"Maşın şou" tarixində REKORD GÖSTƏRİCİ - Xose ilkə imza atdı - FOTO
Bizi izləyin

Magazin1

"Maşın şou" tarixində REKORD GÖSTƏRİCİ - Xose ilkə imza atdı - FOTO

"Maşın şou"nu bu gün aktyor Allahverdi Yolçuyev tərk edib.

Xəbər verdiyimiz kimi, hind kinosu devizi altında baş tutan "Maşın şou"nun növbəti buraxılışında sms səsverməsinə Xose Bernardo çıxıb.

Publika.az xəbər verir ki, Xose Bernardo sonda 89,49 faiz səs toplayaraq "Maşın şou" tarixində bir rekorda imza atıb. Murad Dadaşov vurğulayıb ki, bu vaxta qədər heç kim bu qədər yüksək səs toplaya bilməyib. Bu, şou tarixində ilk göstəricidir. Xose Bernardo isə sevinc göz yaşlarına hakim ola bilməyib.

Əvvəldə hədəfini açıqlamayan Bernardo veriliş əsnasında bildirib ki, əgər səs toplayarsa, oyundan hər kəsin ürəyincə olan iştirakçını kənarlaşdıracaq. Lakin səsvermədə qalib gələn Xosenin seçimi bütün iştirakçılar, o cümlədən Murad Dadaşov üçün gözlənilməz olub. O, Allahverdi Yolçuyevdən halallıq aldığını və oyundan onu uzaqlaşdırdığını elan edib.

Şounun ağsaqqalı və ən yaşlı iştirakçısının çıxması xüsusi ilə aktyor Taleh Yüzbəyovu dərindən məyus edib.

Murad Dadaşov sonda qeyd edib ki, bu il 60 illik yubileyi olan aktyorun şərəfinə şouda təntənəli doğum keçiriləcək.

Məlumat üçün bildirək ki, 60 yaşlı aktyor avtomobili olmadığını söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm