Səidə göz yaşlarını saxlaya bilmədi: "Narkotik elə oğlanların başını yerə qoyub ki..."
Bizi izləyin

Magazin1

Səidə göz yaşlarını saxlaya bilmədi: "Narkotik elə oğlanların başını yerə qoyub ki..."

"Narkotik elə oğlanların başını yerə qoyub ki... O demək deyil ki, o insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil. Yardım etməyən insanlar da bunu bəhanə gətirərək "Əşi, ona görə kömək etmirəm" deyir”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan ATV-də yayımlanan “Bizimləsən” verilişində qonaq olarkən deyib. O, verilişdə sənət dostlarını ötən ay dünyasını dəyişən mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinə yardım etməyə səsləyib:

“Sənət dostlarımdan xahiş edirəm, siz ki, o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin, bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil".

Qeyd edək ki, mərhum sənətçinin həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə çıxaraq kömək istəyib. Övladı ilə proqrama qatılan Leyli evinin ipoteka kreditini ödəyə bilmədiyini bildirib.

Xatırladaq ki, bu yaxınlarda Xalq artisti Aftandil İsrafilov Z.Sabirabadlıdan danışarkən onun narkotik maddədən dünyasını dəyişdiyini iddia edərək bu səbəbdən onun yasına getmədiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm