Röya Zabit Səmədovla münasibətlərindən danışdı: “Söz verdi ki, mənimlə...” - FOTO
Bizi izləyin

Magazin1

Röya Zabit Səmədovla münasibətlərindən danışdı: “Söz verdi ki, mənimlə...” - FOTO

Xəbər verdiyimiz kimi, Mauqli ləqəbli tanınmış azərbaycanlı kikboksçu Zabit Səmədovun dünən Heydər Əliyev İdman Kompleksinin nəzdində döyüş məktəbinin açılışı baş tutub.

Publika.az xəbər verir ki, idmançını təbrik etməyə gələn Əməkdar artist Röya Ayxan Zabit Səmədovla dostluq münasibətlərindən danışıb:

“Zabiti ürəkdən təbrik edirəm, məkan çox gözəl alınıb, qəşəng oğlanlar da çoxdur (gülür). Evsiz bir dam var idi, bu gün Zabit döyüş məktəbinin açılışını etməklə qazandığı uğurların damını qoydu. Bayrağını və idmanı sevənlər hər zaman onun ətrafında olacaq”.

Daha sonra ifaçı Zabit Səmədovun döyüş məktəbində idmana başlayacağını bildirib:

“İndi dəbdədir, müğənnilər ora-burasını böyütmək üçün slikon vurdurur, mən də onlar kimi etməyə qərar vermişəm (gülür). Zarafat edirəm, əslində, fitneslə məşğul oluram. Keçən ilin sonunda Zabitlə söhbət etdik. Söz verdi ki, zal açıldıqdan sonra mənimlə xüsusi məşğul olacaq. Çünki çox adam olan yerlərə gedə bilmirəm”.

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm