Zamiq Hüseynovdan “Sevgi tanqosu” - VİDEO
Bizi izləyin

Magazin1

Zamiq Hüseynovdan “Sevgi tanqosu” - VİDEO

Müğənni Zamiq Hüseynovun repertuarına yeni mahnı əlavə olunub.

Publika.az xəbər verir ki, sənətçi bu gün “Sevgi tanqosu” adlı mahnısını təqdim edib. Tanqo janrında lentə alınan bəstə Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Z.Hüseynov bildirib ki, yeni layihələri çoxdur və müəyyən fasilələrlə hamısını təqdim edəcək:

“Konsertdən sonra bir az ara verdik, artıq asta-asta layihələrimi təqdim edəcəm. Bəzilərini klipli, bəzilərini isə klipsiz. Tanqo sevdiyim janrdır, məndə hər zaman nostalji hisslər yaradır”.

Qeyd edək ki, “Sevgi tanqosu”nun sözləri Baba Qədirliyə, musiqisi Vüqar Mirzəyevə, aranjımanı Samir Şirinova məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm