36 illik aparıcılıq təcrübəsi olan məşhur DÖZMƏDİ: “Heç olmazsa, bu gün...”
Bizi izləyin

Magazin1

36 illik aparıcılıq təcrübəsi olan məşhur DÖZMƏDİ: “Heç olmazsa, bu gün...”

"Bəlkə, heç olmazsa, bu gün bitib-tükənməyən boş, çirkin şou qalmaqallarına ara verək?!”

Publika.az xəbər verir ki, bu sözləri məşhur aparıcı Nərgiz Cəlilova instaqram səhifəsində yazıb. Teleaparıcı ucuz şoulardan gileylənib. O, sosial şəbəkədə dünən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləzin fotosunu paylaşaraq insanları vətənpərvərliyə səsləyib:

“İstərəm ki, sosial şəbəkələrdə bu xəbər, bu şəkil daha çox paylaşılsın və qalan bütün şou xəbələrini, lazımsız video və xoşagəlməz söhbətləri üstələsin! Allah şəhidlərimizə rəhmət eləsin”.

Bu məqamda bildirək ki, bir neçə gün əvvəl Nərgiz Cəlilovanın televiziyaya gəlişimin 36 ci ili tamam olub. O, televiziyada fəaliyyətinə 1983-cü ildə başlayıb:

"İnanın ki, heç doğum günüm mənim üçün bu qədər önəm daşımır! TV-siz mən bir heç, TV-siz mən qanadı qırılmış bir quşam!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm