“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
Bizi izləyin

Magazin1

“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq

Bu ilin mayında Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsini Azərbaycan bağlayacaq.

Publika.az xəbər verir ki, ölkələrin Expo Təl-Əviv səhnəsində hansı nömrə altında çıxış edəcəyinə Eurovision.tv tərəfindən aydınlıq gətirilib. Keçən il Aysel ilə Lissabon səhnəsində müsabiqənin açlışını edən Azərbaycan, bu il bütün finalçıları müəyyənləşdirəcək gecənin bağlanışını həyata keçirəcək.

Gənc və istedadlı ifaçı Çingiz Mustafayev “Truth” adlı mahnı ilə 18 nömrə altında səhnəyə çıxacaq.

Birinci yarımfinal – 14 may:

1. Çernoqoriya
2. Finlandiya
3. Polşa
4. Sloveniya
5. Çexiya Respublikası
6. Macarıstan
7. Belarus
8. Serbiya
9. Belçika
10. Gürcüstan
11. Avstraliya
12. İslandiya
13. Estoniya
14. Portuqaliya
15. Yunanıstan
16. San Marino

İkinci Yarımfinal – 16 May:

1. Ermənistan
2. İrlandiya
3. Moldova
4. İsveçrə
5. Latviya
6. Rumıniya
7. Danimarka
8. İsveç
9. Avstriya
10. Xorvatiya
11. Malta
12. Litva
13. Rusiya
14. Albaniya
15. Norveç
16. Hollandiya
17. Şimali Makedoniya
18. Azərbaycan

Qeyd edək ki, Təl-Əvivdə “Eurovision 2019” yarışmasının birinci yarımfinalı mayın 14-də, ikincisi həmin ayın 16-də, final mərhələsi isə mayın 18-da keçiriləcəkdir. Ümumilikdə builki müsabiqədə 41 ölkə təmsil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm