Aktyor İTV-dəki seriala qayıtdı - Maaşa görə getmişdi
Bizi izləyin

Magazin1

Aktyor İTV-dəki seriala qayıtdı - Maaşa görə getmişdi

İctimai Televiziyada (İTV) yayımlanan “Dağıntılar altında” serialında Şahmar obrazını yaradan aktyor Səmimi Fərhad bir neçə gün əvvəl işdən çıxdığını bildirmişdi.

Axşam.az-ın məlumatına görə, buna səbəb aktyorun maaşını vaxtında ala bilməməsi olub. Səmimi bildirib ki, kanal rəhbəri Balakişi Qasımovla görüşüb və məsələ ilə bağlı danışıb. Fərhad seriala yenidən qayıtdığını söyləyib:

“Görüşə “MediaMaster” şirkətinin rəhbəri Rüstəm Əliyev, rejissorumuz Tural Baxış və mən dəvət olunmuşduq. Görüş son dərəcə obyektiv və səmimi fikir mübadiləsi əsnasında keçdi. Mən ilk dəfə idi ki, modern rəhbər modeli gördüm. Qarşılıqlı müzakirəmizin nəticəsi olaraq, Rüstəm Əliyev bir daha ödənişdə gecikmə olmayacağına dair vəd etdi.

Mən də öz növbəmdə, hörmətli Balakişi Qasımovun təklifinin və məni Şahmar obrazında sevib, ekran başında gözləyən tamaşaçılarımın haqqını qaytarmaq üçün, seriala geri döndüm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm