“Onu heç vaxt belə görməmişdim” - Xalq artistinin dostu danışdı
Bizi izləyin

Magazin1

“Onu heç vaxt belə görməmişdim” - Xalq artistinin dostu danışdı

“Düzünü desəm, vəziyyəti yaxşı deyi. Üç-dörd gündür ki, rəngi sapsarıdır. Təkcə öd məsələsi deyil, mədəsində və qaraciyərində ciddi problemləri var. Əməliyyata girə biləcəyi və ya bilməyəcəyini müəyyən etmək üçün analizlər verilib, onların cavablarını gözləyirik”.

Publika.az xəbər verir ki, bu sözləri bu gün ağır vəziyyətdə Mərkəzi Dənizçilər Xəstəxanasına çatdırılan Xalq artisti Yalçın Rzazadənin yaxın dostu İqbal Ağayev deyib.

O, açıqlamasından bildirib ki, sənətkarın əməliyat edilib-edilməyəcəyi sual altındadır:

“Xəstəxanada artıq 3-cü gündür qanını yuyurlar ki, sarılığı getsin. Sarılığı çox şiddətlənib. Ona oğulları və çox yaxın dostları kömək edir. Birtəhər onu vəziyyətdən çıxartmağa çalışırıq”.

Xalq artistinin dostu sözlərinə onu da əlavə edib ki, müğənninin əhval-ruhiyyəsi çox pisdir: “Yalçınla illərin dostuyuq, çox yaxınıq, sizə deyim ki, onu heç vaxt bu vəziyyətdə görməmişdim, həddən artıq zəifləyib. Həkimin sözlərinə görə, qanı hələ yuyulmalıdır, sistemlər qoyulmalıdır. MRT-nin cavablarını gözləyirik.

Oğulları da, dostları da onun xarici ölkədə, daha yüksək səviyyədə müalicə olunmasını çox istəyir, amma nə onların, nə də bizim elə bir imkanımız yoxdur, ziyalı insanlarıq. Onun çox güclü həkim kollektivinə ehtiyacı var. Adi öd kisəsi və daş problemi deyil, ciddi işlər var. Hələki gözləyirik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm