Həyat yoldaşı qaçan Dubay əmiri doğum günündə bunu etdi - FOTO
Bizi izləyin

Magazin1

Həyat yoldaşı qaçan Dubay əmiri doğum günündə bunu etdi - FOTO

Artıq bir neçə həftədir ki, Dubay əmiri Məhəmməd əl-Məktumun həyat yoldaşı şahzadə Hayanın özü ilə təxminən 40 milyon dollar götürərək qaçması xəbəri dünya mətbuatının gündəmindən düşmür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı tərəfindən tərk edilən Dubay əmiri dünən 70 yaşını qeyd edib. Şeyx yubileyini yaxınları, ailə üzvləri, uşaqları və nəvələri ilə birlikdə qeyd etməyə qərar verib. Doğum günü şənliyi Böyük Britaniyada ailə mühitində qeyd edilib. Özəl gündən yaddaqalan kadrları əmir özü və oğulları rəsmi səhifəsində paylaşıb.

Maraqlıdır ki, Məhəmməd əl-Məktum ailə şəkillərini həyat yoldaşının uşaqları ilə birlikdə qaçması xəbərindən sonra yayımlayıb. Bu vaxta qədər şeyx nəvələri ilə şəkillərini instaqramda paylaşmağa lüzum görməyib. Bu məqamda qeyd edək ki, Şeyxin ondan qaçan həyat yoldaşı Hayadan olan uşaqlarının anasında, yoxsa atasında qalacağı hələlik bəlli deyil. Məhkəmə iyulun 30-da Londonda keçiriləcək və mümkündür ki, Dubay əmiri ad günü şəkillərini paylaşmaqla məhkəmədə əlavə xal qazanmaq niyyətindədir.

Son vaxtlar mətbuatda Məhəmməd Əl Məktum və şahzadə Haya arasında qarşıdurmanın yeni təfərrüatı ortaya çıxıb. “The Times” qəzetinin xəbərinə görə, Şeyx həyat yoldaşını cangüdəni ilə münasibətdə günahlandırır. Məhəmməd qadının səxavətlə ona hədiyyələr verdiyini və diqqət göstərdiyini iddia edir. Xəyanətin öyrənilməsindən sonra Şeyx instaqramda status paylaşaraq Hayanın sağ qalıb-qalmadığının onun üçün heç bir əhəmiyyətinin olmadığını etiraf edib.

Rəsmi məlumatlara görə, əmirin 9 oğlu, 14 qızı və çox sayda nəvəsi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm