Magazin1
Azərbaycanlı aktrisa gözəlliyi ilə Türkiyəni heyran etdi - FOTO/VİDEO
Türkiyənin “Kanal 7” kanalında yayımlanan “Yemin” serialında çəkilən azərbaycanlı aktrisa Yağmur Şahbazova ilk bölümdən böyük diqqət çəkib. Ekran işinin 71-ci bölümündən seriala daxil olan həmyerliyimiz azərbaycanlı qadın obrazını canlandırır.
Publika.az xəbər verir ki, mavi gözlü aktrisa saf gözəlliyi ilə tamaşaçıların heyranlığını qazanıb.
Türkiyə mətbuatına açıqlama verən 32 yaşlı aktrisa bildirib ki, əvvəllər reklamlarda model kimi rol alıb. Onun sözlərinə görə, iki ölkənin mədəniyyətləri və dili oxşar olduğu üçün heç bir çətinlik çəkmir. Daha öncə İstanbula gəlib gəzdiyini, ancaq bu qədər uzun müddət qalmadığını bildirən aktrisa hazırda çəkilişlərin gərgin keçdiyindən gəzməyə imkan tapa bilmədiyini qeyd edib. İstanbulda özünü tək hiss etmədiyini söyləyən aktrisa çəkiliş heyətinin onu ailəsi kimi qarşıladığını da əlavə edib:
"Heç gözləmədiyim anda məni axtardılar, çox xoşbəxt oldum. Komanda çox istiqanlıdır, anam mənimlə olmasa da, yoldaşlarım həmişə yanımdadır. Biz iki dövlət, bir millətik. Məni əllərinin içində saxlayırlar. Sağ olsunlar.
Türk serialında çəkidliyim üçün çox xoşbəxtəm. Serialda canlandırdığım xarakterin fərqli həyatı olacaq, əminəm ki, tamaşaçıları onu çox sevəcək”.
Qeyd edək ki, Yağmur ATV-də yayımlanan “Vicdan Haqqı” serialında baş rolda çəkilib. Yağmur Şahbazova Əməkdar artist, İrəvan Dram Teatrının aktrisası Esmiralda Şahbazovanın qızıdır.
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO











.jpg)























