Röya Mirşahinə təşəkkür etdi - VİDEO
Bizi izləyin

Magazin1

Röya Mirşahinə təşəkkür etdi - VİDEO

Əməkdar artist Röya Ayxan REAL TV-nin rəhbəri Mirşahin Ağayevə təşəkkür edib.

Publika.az xəbər verir ki, tanınmış telejurnalist müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçının azad olunması üçün müraciət edib və bildirib ki, bəlkə özünü sevdiyi kişinin yolunda qurban verən Fədaya Laçını sədaqətinə bağışlayaq.

Bu sözlərdən təsirlənən Əməkdar artist Röya Ayxan İnstaqram hesabında Mirşahin Ağayevin müraciətinə qoşulub və ona öz minnətdarlığını bildirib.

“Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək” - Röya Mirşahinin çıxışını paylaşaraq yazıb.

Sənətçi həmçinin “fedayeniazadedek” adlı dəstək həştəqi də açıb.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, Mirşahin Ağayev və Röya Ayxanın münasibətləri hər zaman soyuq olub. Keçmiş ANS TV-nin dövründə efir qadağası belə qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm