Zeynəb Xanlarova ABŞ-da öz adına xeyriyyə fondu açdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Zeynəb Xanlarova ABŞ-da öz adına xeyriyyə fondu açdı - FOTOLAR

Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarova ABŞ-da öz adına xeyriyyə fondu açıb.

Publika.az xəbər verir ki, bu iddia jurnalist Cavanşir Həsənlinin sosial media hesabında yer alıb.

Jurnalist bildirib ki, Xalq artisti 2012-ci ildən ABŞ-a köçüb:

“O, hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation”ı təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur. 2013-cü ildə Bruklində, “Sheepshead Bay Rd 1629” ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 232.2 kvadratmetr sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni, aylıq icarəsi 10 min dollardır. İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir”.

Qeyd edək ki, Zeynəb Xanlarovanın ABŞ-a köçdüyü Milli Məclisin buraxılmasından sonra ortaya çıxıb. Onun köməkçisi Mələk Bayramova Xalq artistinin yenidən parlament seçkilərinə qatılıb-qatılmayacağı sualına “Zeynəb Xanlarova hazırda Amerikada yaşayır, Azərbaycana az-az gəlir” sözləri ilə cavab vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm