Magazin1
Xalq artistindən Xoşqədəm Hidayətqızının ünvanına KƏSKİN SÖZLƏR: “Anormal insanı tovlayıb...” - - VİDEO
Video əlavə olunub.
***
Xalq artisti Brilliant Dadaşova bir neçə ay əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində müəmmalı şəkildə yoxa çıxan, ötən həftə yandırılmış meyiti tapılan Nərmin Quliyevanın ölümündə Xoşqədəm Hidayətqızını ittiham edib.
Publika.az xəbər verir ki, Xalq artisti bu barədə instaqramda status yazıb. O, ad çəkməsə də, sözlərin “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ünvanlandığı iddia olunur:
“Əziz dostlar gözəl bilirəm ki, onsuz da ayağımın altını qazımaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə ələyib, sıx toxumaqdan bixəbər olanlar, yüz ölçüb bir biçə bilməyən insanlar ictimai proqram aparmamalıdır. Bir körpənin həyatıyla oynanıldı. Susaq deyirəm, uşağın ağlamaq səsi qulağıma gəlir. Kaş o proqramda hədə-qorxu gəlmək əvəzinə deyərdiniz ki, gəl sənə muştuluq-hədiyyə verəcəyik – psixoloji cəhətdən anormal insanı tovlayıb ortaya çıxarmaq daha asan olardı. Amma harda... Zaur Baxşəliyevə və Aytən Səfərovaya təşəkkür edirəm. Az da olsa, yaramıza məlhəm sürtdünüz”.
Xatırladaq ki, bu, iki məşhur arasında ilk qalmaqal deyil. Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı bir neçə il əvvəl müğənni Brilliant Dadaşovanın “TMB” kanalında yayımlanan verilişini bəyənmədiyini bildirmişdi. O, “TMB”də Dadaşovanın verilişinə baxıram. Bu ne yaaa…Dadaşovanın səsində problem var sanki. Türk müsafir sözün əsl mənasında ona oxumağın necə olduğunu göstərdi”, - deyə qeyd etmişdi.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO