Röya sevgilisilə münasibətlərindən DANIŞDI: “Yanımda 3 gün qalırsa...” - VİDEO
Bizi izləyin

Magazin1

Röya sevgilisilə münasibətlərindən DANIŞDI: “Yanımda 3 gün qalırsa...” - VİDEO

Video əlavə olunub.

xxx

İctimai kanalda yayımlanan “Fatehin divanı” verilişində qonaq olan Xalq artisti Röya Ayxan sevgilisindən danışıb.

Publika.az xəbər verir ki, “sevgi insanı” olduğunu deyən ulduz sevgilisiylə uzun müddət birlikdə yaşaya bilmədiyini vurğulayıb:

“Evdə oturub fikirləşirəm ki, karantin dövründə boşanmaların sayı artacaq. Ya da hər kəs mənim kimi “nə gözəl qohumlarımız var” deyəcək. Mən sevən adamam, amma yanımda 3 gün qalırsa, deyirəm ki, çıxıb getsin”.

Xalq artisti ruhi sakitliyi və daxili harmoniyanı bərpa etmək üçün mütəxəssis dəstəyi aldığını etiraf edib:

“Mental sakitliyim üçün türk mütəxəssislərlə görüşürəm. Yollar bağlandığından gedə bilmirəm. 2014-cü ildən sonra başa düşdüm ki, əsəblərim yerində deyil, nə deyilirdisə, ağlayırdım. Sən demə, bu uşaqlıqdan qalan psixoloji problemdir. Heç vaxt tək qala bilmirəm. Ancaq İstanbuldakı evimə gedirəm. Mən olmadığım halda evimi təmizləyən olur. Lakin gedirəmsə, hər şeyi özüm edirəm, beynimi təmizləyirəm. Burada isə mümkün deyil”.

Müğənni verilişdə təxirə düşən solo konsertindən də söz açıb və bildirib ki, koronavirus pandemiyası nəticəsində ziyana düşüb: “Konsertimə ruhən hazır idim. Türkiyə, Ukrayna və Rusiyadan olan mütəxəssislər cəlb etmişdik, təxirə saldıq. Maddi tərəfdən ziyanımız oldu, hələ də davam edir. İndi isə konserti tamamilə dəyişdik. Geyimlər filan... Mən eyni qala bilməzdim. Konsertimə gələn insanların hamısını görürəm. Məni hiss edən insanları o an tapıram. Kim məcbur gəlirsə, onu da deyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm