Magazin1
Bəhram Bağırzadənin vəziyyəti kritik ağır olaraq qalır - HƏKİM - (YENİLƏNDİ)
Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, o bildirib ki, son iki gündə Bəhram Bağırzadənin vəziyyətində stabilləşmə müşahidə olunsa da, ümumi vəziyyəti kritik ağır olaraq qalır:
"B.Bağırzadə koronavirus infeksiyasına bağlı olan kəskin ağciyər çatışmazlığı ilə hospitalın reanimasiya şöbəsinə qəbul edildi və bizim reanimatoloqlar tərəfindən ağciyərləri süni ventilyasiya cihazına qoşulub. Görülən tədbirlər nəticəsində əfsuslar olsun ki, qanın oksigenlə zənginləşməsini qənaətbəxş səviyyəyə qaldırmaq mümkün olmadı və o, ECMO aparatına qoşuldu. Artıq hər iki aparata qoşulu qaldığı üçün onun səhhətində stabilləşmə olub, son 2 gündə isə cüzi yaxşılaşma var".
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
xxx
12:09
Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadənin səhhətində cüzi yaxşılaşma var.
Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi









.jpg)
.png)

.jpg)


.jpg)























