Zülfiyyə Xanbabayeva: Atalardan bəhs edən bu hissləri... - VİDEO
Bizi izləyin

Magazin1

Zülfiyyə Xanbabayeva: Atalardan bəhs edən bu hissləri... - VİDEO

“Deyirlər ki, atalar qızlarına daha çox bağlı olur, onları daha çox qoruyurlar. Və bu sevgi qarşılıqlıdır. Sözlərlə ifadə oluna bilməyəcək qədər dəyərli və güclü hisslər, Ata və qızı...”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva İnstaqramda yazıb. Yeni mahnısından danışan ulduz ata və qız sevgisindən bəhs edən “Sönməyən atəşim” klipini təqdim edib və sözlərinə belə davam edib:

“Bütün hissləri və varlığı ilə atasına bağlı olan Xədicə xanımla tanışlığımız atalardan bəhs edən bu hissləri təsvir etməyə səbəb oldu”.

Mahnının musiqisi və sözləri İsmayıl Əsədova aiddir.

Bu, aylardır davam edən pandemiya müddətində sənətçinin təqdim etdiyi ilk yeni mahnısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm