• USD 1,7000 0,00% EUR 2,0657 -0,14%
    • GBP 2,4076 +0,61% RUB 0,0229 0,00%

Yaqub Zurufçu Şuşada konsert verəcək

Yaqub Zurufçu Şuşada konsert verəcək

“Şuşada hərbçilərimiz üçün konsert verməyi düşünürük. Artıq bu barədə Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani ilə də danışmışıq. Bu konsert yüz faiz olacaq. Hazırda Lənkərandadır, dedi ki, qayıdandan sonra Şuşaya konsertə onunla birgə gedəcəyik”.

Bunu Publika.az-a açıqlamasında Əməkdar artist, sevilən sənətçi Yaqub Zurufçu deyib. Əməkdar artist Şuşanın azad olunması xəbərini eşidəndə keçirdiyi hisslərdən danışıb:

“Şuşa azad olunanda hiss etdim ki, Azərbaycan musiqisi daha bir ali mərtəbəyə qədəm qoydu. Şuşa Azərbaycan üçün çox əhəmiyyətlidir. Cənab Prezident Şuşanı mədəniyyət paytaxtı elan etdi. Bu, çox gözəl hadisədir. Şuşa elə bil ki, mənim doğma şəhərimdir. Musiqi mərkəzimizdir. Bu vaxta kimi Şuşada olmamışam, amma orada Bülbülün, Üzeyirin, Natəvanın adı var. Biz də onların tələbələri kimi oraya gedəcəyik. Bülbül elə-belə xanəndə deyil, böyük sənətkardır. Onların adını tutub gedirəm, elə bilirəm ki, mən də Şuşanın bir mədəni vətəndaşıyam. Şuşa mənə çox doğma gəlir. 1989-cu ildə ilk dəfə Azərbaycana gələndə Şuşaya gedə bilməmişdim. Çünki həmin dönəmlərdə vəziyyət gərgin idi. Böyük mədəniyyət xadimlərimizi yetirən bir şəhər kimi Şuşa mənə çox əzizdir. Mədəniyyət ocağıdır”.

Yaqub Zurufçu şəhidlərə həsr olunmuş musiqisindən də söz açıb:

“Şəhidlərimizə həsr olunmuş bir musiqini ifa etmişəm, “Şəhid analarına lay-lay” adlanır. Çox kövrək musiqidir. Şəhid anası ilə övladı danışır. Birinci bənddə ana danışır. İkinci şöbədə şəhid anası ilə söhbət edir, deyir ki, ana, məndən sarı nigaran qalma, mən zirvələrin zirvəsindəyəm. Tarixlərdə həmişə qalacağam, deyir. Çox maraqlı musiqidir, sözlərini Solmaz xanım Şirvanlı yazıb. Qaboy sədaları altında oxumuşam. Fikrimcə, çox maraqlı musiqi alınıb, klip kimi də üzərində işləmişik”.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR