Nura Suri: “Bugünkü dünyaya insan bəxş etməzdim”
Bizi izləyin

Magazin1

Nura Suri: “Bugünkü dünyaya insan bəxş etməzdim”

Müğənni Nura Suri son illərdə dünyada baş verən proseslərin ona ciddi təsir etdiyini və bu səbəbdən də zalım dünyaya uşaq gətirmək arzusunun olmadığını bildirib.

Publika.az xəbər verir ki, ifaçı bu barədə “10-da görüşək” verilişində qonaq olarkən danışıb.

N.Suri qeyd edib ki, indi ailə qursaydı, dünyaya övlad gətirməzdi: “Düşüncələrim bir az fərqlidir. Mən indi ailə qursaydım, bu dünyaya övlad gətirməzdim. Gördüyüm bu dünyaya öz övladımı qıymazdım. Bugünkü dünyaya insan bəxş etməzdim. Övladlarıma da demişəm, səbəbini başa salmışam.

Valideyn olmaq istədiyim üçün övlad dünyaya gətirirəm. Lakin o insanın bundan sonrakı həyatının necə olacağı barədə düşünüb çox götür-qoy etmək lazımdır. Yüz ölçüb, bir biçmək, yaxşı düşünmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm