Roza Zərgərli Elza Seyidcahanı biabır elədi - PUL QALMAQALI
Bizi izləyin

Magazin1

Roza Zərgərli Elza Seyidcahanı biabır elədi - PUL QALMAQALI

Müğənni Roza Zərgərli "ATV maqazin onlarla" verilişində əməkdar artist Elza Seyidcahanın ona pul borcu olduğunu deyib.

Publika.az xəbər verir ki, Roza Zərgərli bildirib:

"Pul borcludur, efirə çıxıb deyir ki, fiquranla məşğul ol. Bu sözlərindən bir gün əvvəl yeyib-içirdik. Quyruğumu tapdaladın, o dəqiqə dedim. Səsi də kəsildi, getdi.

Xarici ölkələrin birində idi, çıxılmaz vəziyyətdə idi. Yeddi il əvvəldən danışıram. Pul lazım oldu və mənə zəng elədi, onu darda qoymadım, pul göndərdim. Dönənə kimi qaytarmalı idi. Mən pulu geri də istəmədim. Bir dəfə dedi ki, mahnı yazıb verərəm, bir dəfə dedi ki, duet oxuyarıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm