Magazin1
Azərbaycanlı məşhurlar Türkiyəyə BELƏ DƏSTƏK OLDU - FOTO
Xalq artisti Faiq Ağayev, Əməkdar artist Rəşad İlyasov, müğənnilər Xatirə İslam, İlahə İbadova, aparıcı Vüsalə Əlizadə və başqaları türk qardaş və baclarımızı bu ağır günlərdə tək qoymayıb.
Publika.az xəbər verir ki, sənət adamları sosial şəbəkələrdə “Canımız yanır”, “Ciyərlərimiz yanır” həştəqləri açaraq hər kəsi Türkiyə üçün dua və yardım etməyə çağırıb.
Faiq Ağayev bildirib ki, Manavqatdakı dostlarım imdad edir: “Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik... Bütün dünyanı yardım etməyə çağırıram! Türkiyəni tək qoymayaq!”.
Müğənni Xatirə İslam insanları təbiəti qorumağa səsləyib: “Allahım, özün kömək ol. Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər. Çünki dünyanı dağıdan, yandıran inşandı. Təbiəti məhv edib, heyvanları öldürən, ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda butulka zibilliyi yaradan insandır. Nə bilim... Allahım, kömək ol bizə, ya da dəyiş bizi, beynimizi düzəlt”.
Rəşad İlyasov isə yanğından fotolar paylaşaraq “Allah köməy olsun, Türkiyəmizə. Təbiət bizi bağışlasın” qeydini yazıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...







.png)





























