Məleykə Əsədova qızına təmtəraqlı doğum günü keçirdi - FOTO
Bizi izləyin

Magazin1

Məleykə Əsədova qızına təmtəraqlı doğum günü keçirdi - FOTO

Xalq artisti Məleykə Əsədova qızı Gülərin doğum günü fotoları ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, qızının 16 yaşını restoranda təntənəli şəkildə qeyd etməyə qərar verən sənətçi ürək sözlərini instaqramda yazıb.

“Qızımın 16 yaşı tamam oldu. Sonsuz şükürlər olsun Allahıma. 2 gündür çox təbrik mesajları almışam, məni və övladımı təbrik edənlərə təşəkkürümü bildirirəm. Allah bütün övladları qorusun. Allahım məni sevənin də, sevməyənin də övladını şanslı, sağlam, xoşbəxt eləsin. Valideynlər övladlarına baxıb fəxr etsinlər. 16 il çox tez keçdi. Hər saniyə övladıma olan sonsuz sevgim məni gəncləşdirdi, yaşamaq eşqimi artırdı. Mənə bu gözəl hissləri yaşatdığı üçün sonsuz şükürlər olsun Allahıma. İstəyim sağlam can, balamı da, məni də mərdimazarlardan qorumasıdır”, - M.Əsədova qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm