Magazin1
Ata olan azərbaycanlı müğənni arvadına ev bağışladı - FOTO
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) ilə bağlı "Стрелец-Молодец" adlı Youtube layihəsində material hazırlanıb.
Axşam.az xəbər verir ki, ifaçıya müsahibə zamanı həyat yoldaşı və yeni doğulan övladını mediadan nə üçün gizlətdiyi haqda sual verilib.
"Bu, sirr deyil. Onları göstərməməyim heç nəyə təsir etmir. Şəxsi həyatımı gizlətmirəm. Məni ticarət mərkəzində, övladımla görə bilərsiniz" deyə, o, söyləyib.
Bahh Tee bildirib ki, ailə üzvlərini gündəmə gətirməyi sevmir:
"Bu, hər kəsin öz seçimidir. Kimi sosial şəbəkədə uşağınını fotosunu paylaşmağı sevir, kimi yox. Buna qarşı deyiləm. Amma mənim şəxsi fikirlərim var. Uşaq böyüsün, ictimai insan olmağı istəyib-istəməyəcəyi haqda özü qərar versin. Əgər indi onun şəkillərini yayımlasam, böyüyəndə bundan xoşu gəlməsə necə olacaq? buna haqqım yoxdur".
Müğənni həyat yoldaşının da mediada görünmək istəmədiyini açıqlayıb:
"Özü dedi ki, qırmızı xalçaya çıxmaq istəmirəm. Mənimlə dostlarımın toyuna, istədiyim konsertə, tədbirə gedir. O, intilegnt xanımdır, iki ali təhsili var, pedaqoq və rəssamdır. Çox mehriban və əyləncəlidir. Amma görünmək istəmir. Hər açıqlamamda onu necə sevdiyimi deyə bilərəm. Amma bunun nə mənası var? Onun 2 həftə telefonla danışdıq, simasını görməmişdim. Həmin vaxt qərar vermişdim ki, mənim xanımım olacaq. Heç düşünmürdüm ki, görünüşü necədir. Biz internetdə tanış olmuşuq".
Bahh Tee deyib ki, başqa dinə mənsub xanımla ailə qurmağı heç vaxt düşünməyib:
"Din həyatımda böyük yer tutur. Evimdə Quran, namaz xalçam var. Gün ərzində neçə dəfə namaz qılıram. Amma həyat yoldaşım çox da dinlə məşğul olmur, namaz qılmır və hicablı deyil. O, Sankt-Peterburqdandır. Ona ilk hədiyyəm 120 manat dəyərində olub. Onu bahalı hədiyyələrlə ələ almaq istəmirdim. istəmirdim ki, düşüncələrinə nələrsə təsir etsin. Mənə məni həqiqətən istəyəcək, diqqət göstərəcək biri lazım idi. Sadə paltar geyinib onunla görüşə getdim. Ona toyumuzun sadə olacağını dedim. Amma təmtəraqlı məclis etdim, ən bahalı yerdə bal ayına getdik. Uşağımız dünyaya gələndə ona arzuladığı yerdə ev hədiyyə verdim".
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO