Magazin1
Dünyanın izlədiyi məhkəmədə bütün gözlər Maska dikildi
Conni Depp və Amber Herd arasında günlərdir davam edən məhkəmə prosesinə “Tesla”nın qurucusu İlon Maskdan cavab gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçısı Leks Fridman Tvitter hesabında “Conni Depp və Amber Herd işindən əldə etdiyim nəticələr” başlığı ilə 5 maddə qeyd edib:
1. Şöhrət ölümcül dərmandır (bəziləri üçün);
2. Psixiatrların və hüquqşünasların peşəkarlıq səviyyəsi heyrətamiz dərəcədə fərqlidir;
3. İnsan milyonlarla insana yalan danışmağa qadirdir;
4. Sevgi çirkli ola bilər;
5. Meqa pint şərabı.
Sahibkar “Twitter”də bu müşahidələrə belə cavab verib: “Ümid edirəm ki, hər ikisi davam edər. Onların hər biri inanılmazdır”.
Deppdən boşandıqdan dərhal sonra Amber Herd ilə görüşməyə başlayan İlon Maskın günlərdir davam edən məhkəmədə cavabı gözlənilsə də, o, susmağa üstünlük verirdi. İctimaiyyət onun açıqlamalarını gözləsə də, iş adamı prosesdə iştirak etməmək qərarına gəlib. Yeri gəlmişkən, iddialara görə, milyarder aktrisa ilə rəsmi qaydada boşanmadan əvvəl görüşməyə başlayıb.
İndi Mask öz şəxsi həyatı ilə məşğuldur - bu yaxınlarda onun avstraliyalı aktrisa Nataşa Bassettlə görüşdüyü məlum olub. Ötən həftə məlum olub ki, o, hətta sevgilisini anası Mey Maska da təqdim edib. “Hollywood Life” mənbələrinin məlumatına görə, milyarderin anasını əfsanəvi musiqiçi haqqında çəkilən “Elvis”in qalasına Nataşa dəvət edib.
İlona yaxıb mənbələr bildirib ki, onun Nataşa ilə münasibətləri çox güclüdür və zaman keçdikcə Nataşa anası ilə yaxından ünsiyyət qurmağa başlayıb. Anası Mask üçün dünyanın ən vacib insanıdır, odur ki, Meyin Nataşaya pərəstiş etməsi onun üçün çox şey deməkdir.
-
Cənubi Qafqaz14:50Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
-
Sosial13:25Prezidentin qızı və gəlini tamaşada - FOTOLAR
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır






.jpg)













.jpg)

















