"O videolarımı paylaşmayın, ruhum sizi tutar..." - Elgiz Əkbərin vəsiyyəti
Bizi izləyin

Magazin1

"O videolarımı paylaşmayın, ruhum sizi tutar..." - Elgiz Əkbərin vəsiyyəti

"Birdən ölərəm. Mən koronavirusa yoluxarkən xəstəxanada yatanda bəzi dostlarıma video göndərmişəm. Birdən başıma bir iş gələr. Videolarımı qəti paylaşmayın, ruhum sizi tutar".

Publika.az xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcılıq etdiyi "Egizlə izlə" verilişində müğənni Rəhim Rəhimlinin ölümündən sonra yayılan videolarına münasibət bildirərkən deyib:

"Bilirəm ki, Rəhim də çox narazı qalardı, o, xəstəliyini ictimaiyyətdən gizlədirdi. İstəmirdi ki, kimsə görsün canı ağrıyan halda. Xəstəlik hamının qapısını döyə bilər. Mən xəstəxanada yatanda vəziyyətim çox ağır idi, tibb bacıları videomu çəkmişdilər. Elə həyatda görünmək istəmərəm. Belə hallları ictimailəşdirməyin tərəfdarı deyiləm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm