Hollivudun məşhur aktrisası öldü
Bizi izləyin

Magazin1

Hollivudun məşhur aktrisası öldü

Hollivudun ən sevilən simalarından olan məşhur aktrisa Kirsti Alley 71 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, aktrisanın ailəsindən verilən açıqlamaya görə, o, bu yaxınlarda xərçəng xəstəliyinə tutulub və Floridadakı “Moffitt” xərçəng mərkəzində müalicə alırdı.

Kristi Alley 1991-ci ildə “Cheers” serialındakı roluna görə həm “Emmi”, həm də Qızıl Qlobus qazanıb. 1997-2000-ci illərdə “NBC sitcom Veronica's Closet” filmində rol alıb və “Qızıl Qlobus” və “Emmi” mükafatlarına namizəd olub.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm