Magazin1
“Öpüşlər, gülüşlər hamısı saxta, hamısı...” - Ağamirzəni KİM ÖZÜNDƏN ÇIXARDI?

“Baş üstə, qadanı alım, mən sənin kiçiyinəm, 24 saat qulluğundayam” deməklər hamısı yalandır…”.
Publika.az xəbər verir ki, bunu tanınmış meyxana ustadı Ağamirzə Yenicag.az-a açıqlamasında deyib. Sənətçi sənət cameəsində dostluqların, münasibətlərin əksəriyyətinin saxta olduğunu bildirib:
“Bu sənət aləmində çox vaxt diqqətsizlik, biganəlik, yalan-palan, saxta münasibət görmüşəm. Bunu çox vaxt heç üzlərinə də vurmuram.
Çalışıram əksər hallarda bəziləri ilə heç qarşı-qarşıya da gəlməyim. Bu cameədə dostluq ya iki-üç faiz var, ya da yoxdur. Dost xəyanəti ilə rastlaşmamışam, amma insanlıq gözləmişəm, çoxunda bunu görməmişəm. Beş-altı faizində var.
Həzrəti Əli buyurur ki, bu dünya belədir. Bu gün də belədir, sabah da belə olacaq. Amma heç nəyi dərd edib, ürəyinizə salmayın, sözün ardınca getmyin. Gülüşlər, öpüşlər, “qardaşımsan”, “dostumsan” deməklərin 95 faizi yalandır, sünidir, saxtadır.
Bu yaxınlarda gördüm, iki nəfər bir-biri ilə elə görüşdü, qucaqlaşdı, öpüşdü ki, dedim, yəqin yüz ilin dostlarıdır. Aralananda soruşdum ki, bunu çoxdan tanıyırsan? Dedi on gün olar, qardaş demişəm.
Bu mənada hərdən bəzi cavanlara hirslənirəm. Çünki səmimiyyətləri yoxdur. Biz də cavan olmuşuq, biz də kiməsə qardaş, dost demişik, amma sözümüz söz olub. İndi “baş üstə, qadanı alım, mən sənin kiçiyinəm, 24 saat qulluğundayam” deməklər hamısı yalandır. İçində üç-beş faiz səmimiləri ola bilər, qalanı süni münasibətlərdən o yana keçmir”.

-
Sağlamlıq06:40
Ürəyə faydalı, ömrü uzadan içki hansıdır?
-
Nida Xəbər 06:00
Əsgərimiz erməniləri ŞOKA SALDI: yanan texnikanı... - VİDEO
-
Nida Xəbər 01:30
Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO
-
Magazin201:11
Məşhur reperin qətlində şübhəli bilinən şəxs həbs edildi - 27 ildən sonra...
-
Dünya00:27
Livanda erməni təxribatı - 25 polis yaralandı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Problemlərdən qurtulmaq, yeni dost tapmaq şansları var
-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
Magazin129 Sentyabr 23:00
Xalq artisti Qənirə Paşayevanın arzusundan yazdı