"Putinin sevimli qəzeti"nin oxucuları tələb etdi: Puqaçova xarici agent kimi tanınsın
Bizi izləyin

Magazin1

"Putinin sevimli qəzeti"nin oxucuları tələb etdi: Puqaçova xarici agent kimi tanınsın

İnformasiya mənbələrinin seçimində Vladimir Putinlə həmfikir olan rusların böyük hissəsi Alla Puqaçovanın xarici agent kimi tanınmasını zəruri hesab edir.

Publika.az xəbər verir ki, “Putinin sevimli qəzeti” adlandırılan “Komsomolskaya Pravda”nın yazdığına görə, redaktorlar vətənpərvər fəal Vitali Borodinin növbəti məhdudlaşdırıcı təşəbbüsünə münasibət öyrənmək üçün oxucuları arasında sorğu keçiriblər.

Sorğu iştirakçıların 87%-i xalq artistinin xarici agent statusuna layiq olduğunu bildirib.

Respondentlərin yalnız 8%-i müğənninin bu statusu ilə razılaşmadığını deyib. Sorğu iştirakçılarının daha 5%-i cavab verməkdə çətinlik çəkib.

Borodin əvvəllər müxtəlif sənətçilərin siyasi mövqelərinə görə cinayət əməllərinin yoxlanılmasını tələb edərək, hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər yazıb. 2023-cü ilin əvvəlində Puqaçovanın əleyhinə silsilə çıxışlar edib. Bir gün əvvəl Borodin Puqaçovanın xarici agent kimi tanınması prosedurunun başlanmasına nəhayət nail olduğunu bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm