Rəvan Qarayev: "Mən arabir subaylaşıram, indi də..."
Bizi izləyin

Magazin1

Rəvan Qarayev: "Mən arabir subaylaşıram, indi də..."

Müğənni Rəvan Qarayev növbəti açıqlaması ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Publika.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, ifaçı uğursuz ailə həyatlarından söz salıb.

O, hazırda subay olduğunu bildirib:

"Mən arabir subaylaşıram. İndi də subayam".

Onun bu sözləri isə verilişin digər qonaqları tərəfindən təəccüblə qarşılanıb. Onlar Rəvanın subay olduğuna inanmayıblar. Qarayev isə özünü təsdiq etmək üçün and içib:

"Neçə ildir mənim subay, yoxsa evli olduğumu heç kim tapa bilmir. Vallah, indi subayam, evli deyiləm".

Qeyd edək ki, Rəvan Qarayevin müxtəlif zamanlarda verdiyi açıqlamalara görə, ifaçı iki dəfə evli olub. Bir neçə ay öncə isə o, "Rəngarəng səhər" verilişində sevdiyi xanıma evlilik təklifi edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm