Magazin1
Məşhur musiqiçidən qalmaqallı açıqlama: "Meyxanaçılar zövqləri korlayır” - VİDEO
İnsan həyatındakı qadınla bağlı seçim edəndə ilk olaraq onun psixoloji durumuna baxıb qərar verməlidir. Bu əsas şərtlərdən biridir. O ki qaldı qadın nə istəyir sualına, bunun da cavabı var. Qadın qarşısında düzgün, xəyanətsiz ər istəyir. Hər zaman dostlarıma da bunu deyirəm ki, əgər sizi bir dəfə xəyanət üstündə tutsalar bilin ki, o qadında sevgi öldü. O sadəcə uşaqlarına görə sizin yanınızdadır və siz artıq onun gözündə ən alçaq adam olursunuz. Ona görə də belə şeylər etməyin. Mən 4 ildir 2-ci dəfə ailə qurmuşam. Ona xəyanət etməmişəm, etmirəm və heç vaxt da etməyəcəyəm. Sizə onu da deyim ki, bir kişinin xəyanət etməyi, daha çox onun xanımından asılıdır.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış musiqiçi, klarnet ustası Hüseyn Məhəmmədoğlu Azxeber.com-un "Gəl danış” layihəsində qonaq olarkən deyib. Musiqiçinin kişi xəyanətiylə bağlı suala verdiyi cavabı sosial mediada gündəm yaradıb.
"Əgər xanım həyat yoldaşına dəyər versə, onu qiymətli hiss etdirsə və qarşılığında kişi ona xəyanət etsə, demək o kişi dünyanın ən alçaq insanıdır. Mənim kişilərə bir tövsiyyəm var . Çox tez ailə qurmağa çalışmasınlar. Ailənin nə olduğunu dərk edib, ailə dəyərlərini biləndən sonra ailə qursunlar. Allaha şükür, mən onu gec də olsa tapmışam", - sənətçi vurğulayıb.
“Qadın mütləq çalışmalıdır” deyən klarnet ifaçısı, fikrini belə əsaslandırıb:
“Ailədə tək kişi önəmli deyil, qadına da dəyər vermək lazımdır. O da hansısa kişinin qızıdır. Ən asası insandır. Mən ümumiyyətlə qadına paltaryuyan gözü ilə baxmıram. O da bu həyatı doya-doya yaşamalıdır, həyatdan zövq almalıdır. Elə şeylər var ki, qadına onun üçün mütləq icazə verməlisən. Çox vaxt kişilər qadını çalışmağa qoymur. Mən bununla heç cürə razılaşa bilmirəm. Mən daha geniş fikirləşirəm. Bəlkə anidən öldüm. Mənim uşaqlarıma kim baxacaq? Mənə bir şey olsa, mənim işsiz olan uşaqlarımın anası nə edəcək?”.
Hazırda telekanallardakı verilişlərə iradını hər fürsətdə dilə gətirən sənətçi, meyxanaçıların mahnı oxumasına da münasibət bildirib:
“Qətiyyən heç bir veriliş məni qane etmir. Hamısı dostlarımızdır, amma adam bilmir nə desin. Onları da anlayıram, özəl kanaldır, sponsor baxımlı verilişə gəlir, maaşları ödəmək lazımdır. Təəssüflər olsun ki, baxılan verilişlərin də hamısı “rakkaçıko” və meyxanadır. Meyxana sənətini çox sevirəm, meyxanaçılara da qeyri adi insan kimi baxıram. Amma haçan ki, mahnı ifa edirlər, onlar da zövq korlayanlardan biri olurlar. Buradaki tək istisna Namiq Qaraçuxurlu və Vüqar Əbdülovdur. Onların ifaları incəsənətimizə tam xidmət edir. Amma qalanları bərbaddır”.
-
Region09:48
Ermənistan ordusunda xaos: Hazırda neçə əsgər intihar haqda düşünür?
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Səhiyyə06:46
Süni intellekt can həkimimiz ola bilər
-
Magazin206:26
Hollivudun ukraynalı gözəli yeni filmini təqdim etdi - FOTO
-
Region05:45
Türkiyəli məşhur aşpaz Nüsret necə milyonçu oldu? - VİDEO
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ