Rəqqasə: “Bədənimi çox israf etmişəm” - VİDEO
Bizi izləyin

Magazin1

Rəqqasə: “Bədənimi çox israf etmişəm” - VİDEO

“Mən müğənni deyiləm ki, 60 yaşına kimi oxuyum və ya gedim səsyazma studiyasında fonoqram yazdırım ifa edim. Mən canlı rəqs edirəm. Canımdan, qanımdan gedir. Hamı nədənsə fikirləşir ki, rəqqasələr və idmançılar çox sağlam olur. Birdə görürsən ki, ikinci mərtəbəyə qalxıram, ayaqlarım ağrıdan qırılır. Çünki bədənimi bu 10 ilin içində çox israf etmişəm. Dayanmadan işləmişəm”.

Publika.az olay-a istinadla xəbər verir ki, bu sözləri Renka ləqəbi rəqqasə Rəna Ağamuradova “YouTube” da “Baylarsoylar” layihəsinə müsahibəsində deyib.

Rəqqasə 10 il geriyə qayıdaraq həyatında üzləşdiyi çətinliklərdən söz açıb:

“Vaxt vardı ki, gecə saat 23:00-da restorana girirdim. 02:00-da oradan çıxıb digər restorana gedirdim. 06:00-da isə mən evə gedirdim. 4-5 saat yatıb sonra uşaqlarımla məşğul olurdum. Daha sonra saç ustası kimi çalışdığım gözəllik salonuna gedirdim. 2 il gizli şəkildə rəqqasəlik etmişəm. Çünki buna ailəm qarşı olub. O zamanlar enerjim çox idi. Dayanmırdım… Amma özümü heç nə etdim.. Bu dəqiqə hər şeyi pul idarə edir”.

Renka bildirib ki, sevdiyi şəxslə münasibətlərini rəsmləşdirmək istəmir:

“Sevdiyim şəxsin bürcü Buğadır. O çox ailəcanlıdır. Çalışır mənimlə yola getsin. Mən ciddiyəti sevmirəm. Münasibətlərin kağız üstündə yoxluğu əhəmiyyətsizdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm