Magazin1
“AYNA bu işi bacarmırsa, məni çağırsınlar, başa salım”
“Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artıqca, artır. Buna da səbəb həmin balaca yolu zolaqlara ayırmalarıdır. Ola bilsin, o da lazımdır. Amma onu böyük yolda edərlər. Yol salanda bütün bunları nəzərə alıb enli etmək lazımdır. Yoxsa ki, hazır balaca yoldan kəsib nələrsə edib tıxac yaradırlar. Tıxacların 80 faizi elə həmin zolaqlara görün yolların balacalaşmasından yaranıb”.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov qonaq olduğu “Ekstra müsahibə” verilişində deyib.
Şükürov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətini sərt şəkildə tənqid edib:
“AYNA-dan çox narazıyam. Ora peşəkarcasına işləməlidir. Peşəkarlar dəvət etmək lazımdır. Yoxsa ki, biri avtomobilini qoydu, tez onu çəkdilər, cərimə etdilər. Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri var. Onlar gəlib yarım il və ya bir il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni çağırsınlar, başa salım. Bizdə bir çox yollar dalanlardan ibarətdir, onları açın da. Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki mən, 99 faiz avtomobil idarə edənlər narazıdır”.
(Olay.az)
-
Sosial15:12
Bakının bəzi ərazilərində fərdi evlər söküləcək: Yerində isə... - VİDEO
-
Elm və təhsil14:48
Azərbaycanda tələbələrə şad xəbər!
-
Dünya13:38
Bu müharibə iki nəhəng dövləti çökdürəcək - Qorxunc proqnoz
-
Sosial13:04
Naxçıvana yeni icra başçısı təyin edildi
-
Sosial12:42
Nazir İlahə Fərəcovanı direktor təyin etdi
-
MDB12:06
Rusiya buna məcbur oldu: Döyüş əməliyyatları dayandırılır
-
Dünya11:12
CHP-də Ebru Gündeş krizi: 69 milyonluq konsert partiyanı bir-birinə vurdu - VİDEO
-
MDB10:06
Şəhərlər qəbiristanlığa çevrilib: Ukraynaya göydən BAXIŞ - ŞOK VİDEO