Magazin1
Qənirə Ataşova bu dəfə onu hədəfə aldı: “Kişi olduğu üçün...” - VİDEO
“Bir kişi olduğu üçün mən onun yerinə utanıram. Belə bir kişi hansısa maraq qarşılığında, bəlkə də xoşu gəldiyi, yaxud o qadına güvəndiyi üçün adı cinayət işində hallanan bir xanımı verilişə çağırır”.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial platforma üzərindən açdığı canlı yayımda bildirib. O, keçmiş həmkarı İlqar Mikayıloğlunu sərt tənqid edib:
“Xəstəxananın təcili tibbi yardım şöbəsindən mənə şəkil göndərdilər. Dedilər ki, bax, bu xəstə bura gəlib, Ülviyyənin xəstəsidir. Əvvəlcə inanmadım. Düşündüm ki, bəlkə Ülviyyənin yox, başqasının xəstəsi ola bilər. Bu zaman xəstənin yaxın qohumları ortaya çıxıb mənə yazışmalar göndərdilər. Bildirdilər ki, Ülviyyə daha bir yaxın qohumumuzu komaya salıb. Xəstə hələ də “Liv Bona Dea” klinikasının reanimasiya bölməsindədir. Deməli, bu xəstənin bütün bədəni infeksiya doludur. O qədər infeksiyalaşıb ki, adamı əməliyyata ala bilmirlər. Yəni bədənin bütün göstəriciləri bərbad vəziyyətə düşüb. Bu, hadisənin bir tərəfidir. Təbii ki, “Liv Bona Dea” xəstəxanası ən yaxşı klinikadır və həkimlərinə güvən sonsuzdur. Amma gəlin, başqa bir məsələyə baxaq. Öncəliklə, bu gün Azərbaycan televiziyasında mənim keçmişdən həmkarım olan, adını çəkməyə utandığım bir şəxslə bağlı məsələyə qayıtmaq istəyirəm. Bir kişi olduğu üçün mən onun yerinə utanıram. Belə bir kişi hansısa maraq qarşılığında, bəlkə də xoşu gəldiyi, yaxud o qadına güvəndiyi üçün adı cinayət işində hallanan xanımı efirə çıxarır.
Hansı ki aprel ayının 25-i o xanımın əlində öz eltisi ölüb. Bu günə qədər o ölən qızın anasını “Baku Tv”-dən başqa heç bir kanal işıqlandırmayıb. Onlar da qısa bir fraqmentlə bunu ediblər. Əgər siz bu qədər dürüst mediasınızsa, o qadını ora çağıranda öldürülən qızın ana-atasını, Kaliforniyada yaşayan qardaşını çağırın. Siz hansı maraqla öldürülənin ailəsini yox, öldürən şəxsi çağırırsınız ki, onun da heç bir tibbi savadı yoxdur.
Düşünün, aparıcı sual verir və istinad edir ki, sizi şərləyiblər. Necə şərlənib? Adam “Da Vinçi” klinikasında əməliyyatlar həyata keçirirdi. Ülviyyənin votsapında olan hər kəs onun hər gün şəkillər paylaşdığını görürdülər. Sağ olsunlar ki, ekran şəklini çəkərək saxlayıblar. Sizdən xahiş edirəm ki, həmin görüntüləri saxlayın. Onları yeni instaqram hesabıma və Aysel xanıma göndərə bilərsiniz. Tibbi savadı olmadığı üçün xəstəni əməliyyat edərək bədəninə infeksiya salan Ülviyyə onun yaxınlarına pul təklif edir və səsləri çıxmasın deyə haram yollarla qazandığı pul hesabına həmin şəxsi “Liv Bona Dea” xəstəxanasına yerləşdirir”.
“Yeni Sabah” sözügedən açıqlama ilə bağlı tanınmış aparıcı İlqar Mikayıloğlu ilə əlaqə saxlayıb. O, məsələ haqqında danışmaq istəməyib və sualları cavablandırmaqdan imtina edib.(Yenisabah.az)
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:44Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı








.png)


.jpg)























.jpg)

