Magazin1
Orada həyəcandan necə ölmədim, bilmirəm - Aqil Məlikovdan etiraflar
Xanəndə Aqil Məlikov "Qapqara" verilişinin qonağı olub.
O, verilişdə sənətkarın Yaradan və peşəsi qarşısında məsuliyyətindən söz açıb:
"Sənətkar ilk növbədə Allah qarşısında məsuliyyətli olmalıdır. Onun buyurduğu yoldan, müqəddəs kitabdan kənara çıxmamalıdır. İkincisi isə sənət qarşısında öz məsuliyyətini hiss etməlidir. İşinə laqeyd, biganə yanaşmamalıdır. Zəmanə dəyişə bilər, buna baxmayaraq, sənətkar öz prinsiplərinə sadiq qalmalı, əqidə sahibi olmalıdır".
Aqil Məlikovun sözlərinə görə, xanəndələr qəzəliyyatı filoloq və akademiklərdən yaxşı bilməlidirlər. "Əgər onlardan biri səni toyuna çağırsa, nə edəcəksən?! Belə bir hadisə öz başıma da gəlib. Günlərin birində Zirədə toyda iştirak edirdim. Gördüm ki, Hacıbaba Hüseynov ilə məni başda əyləşdiriblər. Toyda məndən nəsə ifa etməyimi istədilər. Çox həyəcanlı idim. Hacıbaba ustad idi, onun qarşısında nə edə bilərdim?! Orada həyəcandan necə ölmədim, bilmirəm. Sonra bir qəzəl ifa etdim. Gördüm ki, Hacıbaba mənə baxdı. O zaman başa düşdüm ki, bacarmışam", - deyə o, sözlərinə əlavə edib.
Ətraflı süjetdə:
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək






























.jpg)



