Magazin1
Tacir Şahmalıoğlunun bu sözləri Xatirəni əsəbləşdirdi - VİDEO
"Xatirə İslam tələbəm olub. İlk sənətə gələndə mən dərs demişəm. Atası Novruz müəllim əlindən tutub yanıma gətirib və deyib ki, qızım sənin kasetinlə yatıb durur. İstəyirəm ilk məsləhəti sən verəsən. 6 ay ona dərs demişəm".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində deyib.
İfaçı həmkarı Xatirə İslamın ilk müəllimi olduğunu bildirib. Onun bu sözləri isə Xatirəni əsəbləşdirib. Proqramda məsələyə münasibət bildirən ifaçı etiraz edib:
"Çox danışa bilmirəm. Tacir bəyin tələbəsi olmamışam. Hamı bilir ki, İslam Rzayevin tələbəsi olmuşam. Gözümü açandan sənətkarlar ətrafında olmuşam. Tacir bəydən də boğazlar oğurlamışam. Amma müəllimim İslam Rzayev olub. Tacir bəy deyə bilər ki, ətrafında olan ifaçılardan biri olmuşam".
Proqramda qonaq olan Əməkdar artist Gülüstan Əliyeva isə "Yadımdadır, Xatirə gözümüzün qabağında böyüyüb. Açıq hava yay konsertlərində Tacir Şahmalıoğlu ilə bir işləyirdi", - deyə qeyd edib.(axşam.az)
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək






























.jpg)



